BMT-dən Trampa çox sərt reaksiya: İRQÇİ, ŞOK EDİCİ, UTANC VERİCİ..

Baxış sayı:
1009

ABŞ prezidenti Donald Trampın Cənubi Amerika və Afrika ölkələrini nəzərdə tutaraq “İyrənc ölkələrdən nə üçün miqrant almalıyıq” şəklindəki sözlərinə Birləşmiş Millətlər Təşkilatından çox sərt reaksiya gəldi.
 
BMT İnsan Haqları ofisinin sözçüsü Rupert Colville verdiyi bəyanatda Trampın açıqlamalarının şok edici və utanc verici olduğunu deyib.
Colville, Cenevrədə verdiyi bəyanatda “Trampın sözləri yalnız irqçiliklə xarakterizə oluna bilər” deyib.
Müxalifət.az