​BMT-dən Qarabağ AÇIQLAMASI

Baxış sayı:
3313

BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir.
Publika.az xəbər verir ki, bunu BMT-in baş katibi Antoniu Quterreş Ermənistanın BMT yanında daimi nümayəndəsi ilə görüşü zamanı deyib.
"BMT-nin baş katibi BMT-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə dəyişməz dəstəyini təsdiqləyib", deyə erməni KİV-ləri bildirir.