BMT-dən Misirə 75 edam qərarı ilə bağlı çağırış

Baxış sayı:
2536

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Üzrə Ali Komissarı Mişel Baçelet, Misirdə məhkəmə tərəfindən “Müsəlman Qardaşlar” Təşkilatının (İhvan) üzvü olan 75 nəfərə edam cəzası verilməsi ilə bağlı qərarın ləğv olunmasına çağırıb.
 
Çilinin keçmiş dövlət başçısı olan və BMT-dəki vəzifəsinə yeni başlayan Baçelet, yazılı açıqlamasında, aralarında şəhid Əsmanın atası “Müsəlman Qardaşlar” Təşkilatının rəhbərlərindən olan Məhəmməd el-Biltacinin də olduğu 75 nəfərə edam qərarı verilməsindən çox böyük narahatlıq duyduğunu bildirib. Şənbə günü keçirilən məhkəmədə verilən cəzaların "ədalətsiz" olduğunu vurğulayan Baçelet, qərarın icrası vəziyyətində açıq-aydın və geriyədönməz bir yanlış addım atılacağı xəbərdarlığını edib.
Müxalifət.az