BMT-dən dünyanı sarsıdan açıqlama! ‘ABŞ İrana taktiki hava hücumu edəcək'

Baxış sayı:
6004

BMT Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı təsisatlarına taktiki hava bombardmanı etmək niyyətində olduğunu ifadə edib.
 
BMT-dən adının açıqlanmasını istəməyən bəzi qaynaqlar Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı təsisatlarına taktiki hava bombardmanı keçirmək niyyətində olduğunu bildirib.
“İbranicə nəşr edilən “Maariv” qəzetinə açıqlama verən BMT qaynaqları Ağ Evdə üst səviyyə hərbi komandirlər, Müdafiə Nazirliyinin nümayəndələri və prezident Donald Trampın məsləhətçiləri arasında cümə günündən bu yana İran mövzusunda görüşmələrin davam etdiyini bildirib.
 
‘Taktiki hücum'
 
Xəbərə görə, ABŞ Oman Körfəzində tankerlərə hücumdan məsul tutduğu İrana taktiki hücum hazırlığı edir. Həyata keçirilməsi planlanan bu hərbi hərəkatın İranın nüvə fəaliyyətləriylə əlaqəli bir təsisata hava bombardmanı təşkil edilməsi olduğu iddia edilib. Qərbli bir diplomat "Böyük bir bombardman olacaq, amma müəyyən bir hədəflə məhdudlaşacaq" deyib.
Digər yandan qəzetə danışan qaynaqlar Trampın İrana qarşı hərbi hərəkat mövzusunda istəkli olmadığını, amma artıq səbrinin tükəndiyini, bunun üçün də hərəkətə keçilməsi tərəfdarı olan Xarici İşlər naziri Mayk Pompeoya istədiyini verəcəyini qeyd ediblər.
Müxalifət.az