BMT-dən çox önəmli “Qaşıqçı” açıqlaması!

Baxış sayı:
6133

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Üzrə Ali Komissarlığının sözçüsü Şamdasani BMT-nin Cenevrə ofisində keçirilən həftəlik adi mətbuat konfransında Səudiyyə jurnalisti Qaşıqçı cinayətindən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı məsul tutan layihənin ABŞ Senatında qəbul edilməsinə dair Anadolu Agentliyinin müxbirinin sualına cavab verib.
 
BEYNƏLXALQ İSTİNTAQ ÇAĞIRIŞI
 
"Cinayətin əvvəlindən bu yana dediyimiz kimi hələ də beynəlxalq istintaqa dəvət edirik" deyən Şamdasani, Türk və Səudiyyə orqanlarının apardığı araşdırmaya minnətdar olduqlarını bildirib.
Şamdasani eyni zamanda Səudiyyə Ərəbistanının apardığı istintaqın yetərli olmadığına diqqəti çəkərək, “Hökuməti tənqid edən jurnalistin qətlinin, o hökumətin başqa bir ölkədəki konsulluğunda işləndiyi nəzərə alındıqda istintaqın Səudiyyə Ərəbistanı tərəfindən aparılması bir sözlə yetərli deyil. Beynəlxalq bir müdaxilə də lazımdır və biz bunun güclü şəkildə arxasındayıq" deyib.
Qaşıqçı cinayətinə dair, Səudiyyə Ərəbistanı orqanları cinayətin ilk günündən etibarən görüşdükləri məlumatını paylaşan Şamdasani, açılacaq bir beynəlxalq istintaqın ünvanının də BMT-nin mərkəzinin yerləşdiyi Nyu-York olduğunu qeyd edib.
Müxalifət.az