BMT ABŞ-ın qərar layihəsini RƏDD ETDİ

Baxış sayı:
6073

ABŞ-ın İsrailə dəstək verərək Həmasın pislənməsini istədiyi layihə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində rədd edilib.
 
ABŞ-ın hazırladığı layihə 193 üzvlü BMT Baş Məclisində müzakirə olunub.
Layihə səsverməyə çıxarılmadan əvvəl səsvermə üsullarının müzakirə edildiyi BMT Baş Məclisində ABŞ layihənin 3-də 2 səs çoxluğu yerinə, sadə səs çoxluğu ilə qəbul edilməsini tələb edib, ancaq ABŞ-ın səsverməyə təqdim olunan bu tələbi qəbul edilməyib.
ABŞ-ın BMT Baş Assambleyasına təqdim etdiyi layihəyə 87 ölkə dəstək verərkən, 57 ölkə əleyhinə çıxıb, 33 ölkə isə bitərəf qalıb. ABŞ-ın Həmasın pislənməsini istəyən və iki dövlətli həlldən bəhs etməyən qətnamə layihəsi BMT Baş Məclisində lazımi dəstək görmədiyi üçün qəbul edilməyib.

Müxalifət.az