BMT açıqladı: UĞURSUZLUQLA NƏTİCƏLƏNDİ

Baxış sayı:
3251

BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi Staffan də Mistura, İsveçrənin Cenevrə şəhərində 28 noyabrda başlayan Suriya mövzusunda Cenevrə 8 danışıqlarının uğursuzluqla nəticələndiyini açıqlayıb.
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya Xüsusi Nümayəndəsi Staffan de Mistura, İsveçrənin Cenevrə şəhərində 28 noyabrda başlayan Suriya mövzusunda Cenevrə 8 danışıqlarının uğursuzluqla nəticələndiyini qeyd edərək, "Bacara Bilmədik. Qızıl bir fürsət qaçırıldı" deyib.
Suriya mövzusunda Cenevrə 8 danışıqlarının son günündə Mistura, Əsəd rejimi və müxalifət nümayəndələrilə ayrı-ayrı bir araya gəlib.
Danışıqların ardından BMT-nin Cenevrə Ofisində mətbuat konfransı keçirən Mistura, 28 noyabrdan bu yana müxaliflərlə 11, rejim nümayəndə heyəti ilə 7 iclas keçirdiklərini deyib.
Müxaliflərin, danışıqların məzmununu təşkil edən keçid hakimiyyəti, konstitusiya, seçkilər və terrorizmlə mübarizədən ibarət 4 əsas başlığın hamısını müzakirə etmək istədiklərini vurğulayan Mistura, rejimin isə yalnız "terrorizm" başlığına diqqət yetirdiyini qeyd edib.
 
DANIŞIQLAR UĞURSUZLUQLA NƏTİCƏLƏNDİ
 
Xüsusi nümayəndə Mistura, Cenevrə 8 danışıqlarının uğursuzluqla nəticələndiyinə diqqəti çəkərək, "Bacara bilmədik. Qızıl bir fürsət qaçırıldı" deyə, dəyərləndirmə edib.
Suriyada Bəşşar Əsəd hakimiyyətdən getmədən keçid rəhbərliyinin başlamayacağının vurğulandığı ər-Riyad 2 görüşünün bəyannaməsinin geri çəkilməsini istəyən rejim heyətinin danışıqlardakı tələbinə reaksiya göstərən Mistura, rejimin bu tələbinin "məntiqli" və "qəbul edilə" bilər bir tərəfi olmadığını ifadə edib.
Müxalifət.az