BLEYER TRAMPA HANSI MƏXFİ İNFORMASIYANI ÖTÜRMÜŞDÜ?

Baxış sayı:
650

Britaniyanın keçmiş baş naziri Toni Bleyer ABŞ Prezidenti Donald Trampın köməkçilərini Britaniya xüsusi xidmət orqanlarının onu izləyə biləcəyi ilə bağlı xəbərdar edib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiya britaniyalı jurnalist Maykl Vulfun “Yanğın və qəzəb. Trampın Ağ Evində” kitabında yer alıb. Vulfun iddiasına görə, Bleyer Trampın kürəkəni Cared Kuşnerə bu barədə xəbərdarlığı keçən ilin fevralında edib:
“Bleyer güman edirdi ki, Britaniya Trampın komandasının telefon zənglərini və mesajlarını izləyə bilər. Hətta Trampın özünün izlənilməsi ehtimalını dilə gətirib”.