​Biznesmenin avtomobili partladıldı, - 23 YAŞLI SÜRÜCÜSÜ…

Baxış sayı:
858

Qazaxıstanda iş adamına sui-qəsd cəhdi olub, şəxsi minik avtomobili partladılıb.
"Sputnik Kazaxstan"-ın verdiyi məlumata görə, hadisə yanvarın 13-də Almata vilayətinin Yenbekşikazax rayonunun Aşısay kəndində baş verib.
Yerli biznesmenlərdən birinə məxsus "Leksus" markalı minik avtomobilinin altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər yaralanıb. Qəlpə yarası alan şəxs biznesmen yox, onun 23 yaşlı sürücüsü olub. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.