Biznesmen Tsarukyan Paşinyana qarşı ittifaq yaradır
6-10-2018 19:29
Baxış sayı:
5413
Yaxın zamanlarda “Çiçəklənən Ermənistan” partiyasının lideri, biznesmen Qaqik Tsarukyan parlamentdə təmsil olunmayan siyasi qüvvələrlə danışıqlara başlayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır.
Bildirilir ki, danışıqlarda məqsəd növbədənkənar parlament seçkilərində vahid blokla iştirak etməkdir.
Siyasi bloka “İrs” partiyası, Erməni ümummilli konqresi, Andreas Qukasyan, Samvel Babayan, Seyran Ohanyan, Erməni milli konqresi və digər xırda partiyaların daxil olacağı gözlənilir.
Tsarukyan həmçinin “Sasna tsrer” partiyasına əməkdaşlıq təklif edəcək. Bu partiyanın üzvləri məhz Tsarukyanın təqdim etdiyi pul girovunun müqabilində həbsxanadan çıxa biliblər.