“Bizim əvəzimizə Türkiyə ilə kim döyüşəcək” – Yunan nazir

Baxış sayı:
9283

Keçmiş Yunan Xarici İşlər naziri Nikos Rolandis Şərqi Aralıq dənizində Türkiyənin qazma işlərini dayandıracaq bir ölkə olmadığını bildirib.
 
 İlk 17 fevral 2003-də Misir ilə imzaladığı qaz müqaviləsini xatırladan Rolandis, "Misir ilə saziş imzalandıqdan sonra Adaya qayıdırdıq. Dönüşdə dövrün Yunan Kiprinin lideri Glafkos Klerides mənə, “Niko, indi imzaladığın bu müqaviləni al, ofisindəki kassana qoly və bağla, çünki Kipr problemi həll edilənə qədər heç bir şey ola bilməz” dedi. Kipr probleminin həll edilməyəcəyini mən də gördüyümə görə, prezident Klerideslə razılaşdım " deyə söyləyib.
Türkiyə ilə gərginliyin artmasının Yunanlara bir fayda verməyəcəyini qeyd edən Rolandis, belə davam edib:
 
BİZİM ÜÇÜN DÖYÜŞƏCƏK ÖLKƏ YOXDUR
 
 “Son nöqtəyə varsan, gəlib, sənin üçün döyüşəcək ölkə yoxdur. Böyük problemlərin varsa, hər zaman tək başına olacaqsan. Vəziyyət nisbətən yaxşıykən dostun çoxdur, amma uçurumun kənarına gələndə, tək qalarsan və əlindən gələni tək başına etməyə məcbur olarsan. Ərdoğanın başında olduğu Türkiyənin asanlıqla razılaşdırılacaq bir ölkə olmadığına inanıram. Ərdoğan əvvəlcədən hesablanacaq adam deyil, təhlükəlidir, bunu hər kəsə Afrində göstərmişdir. Suriyaya girdi, vilayətini aldı və demək ki, istədiyini edir. Ərdoğan Rusiya istiqamətində də hərəkət edərək oyunu ağıllı oynadı. Çox dəyərli bir müttəfiq əldə etdi. Rusiya Qərbdən qoparacaq və NATO ilə əlaqəsini pozacaq bir müttəfiq istəmir. Hazırda avadanlıq, enerji satır, nüvə stansiyası inşa edir, bunları nələr müşayiət edir, bilmirəm. Türkiyə illərdən bəri Rusiyadan elektrik enerjisi satın alır. Yanımızda gələcəkdə bizə çox ciddi problemlər çıxara biləcək bir ittifaq: Rusya-Türkiyə-İran ittifaqını qurub".
 
“TÜRKİYƏ GÜCLÜ BİR ÖLKƏDİR"
 
 “Biz Türkiyə peşəkar kadr tapa bilməyəcəyi üçün qazma işlərini görə bilməyəcək” taktikasına ilişdik qaldıq” deyə davam edən Rolandis, "Azərbaycan var, hazırda İran müttəfiqdir, bunlar neft məsələsindəki ən yaxşı mütəxəssislərdir. Bunu edəcək şəxsi heyətmi tapa bilməz? 80 milyonluq ölkə olduğunu və Orta Asiyadakı daha bir 80 milyona nəzarət etdiyini unutmayaq. Oraya getdim və Türkiyənin nə etdiyini gördüm. Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda at oynadır. Bunlar Qərb üçün çox qiymətli olan neft zəngini ölkələrdir. Türkiyəni heç kim güc olaraq məhəl qoymayacağı Türk mərkəzli Asiya bütününün tərkib hissəsi sayırlar. İndi buna Rusiya və İranla ittifaqlar da əlavə olundu. Xarici siyasətimizi müəyyənləşdirərkən doğru təhlillər aparmalıyıq, asan şey deyil" deyə söyləyib.
Müxalifət.az