Bizim üçün burada əsas olan nəzarət Türkiyədə olsun - Qalın

Baxış sayı:
11296

Menbiç və Fəratın şərqində bənzər bir modelin tətbiq olunması üçün bizim əsas gözləntimiz nəzarətin Türkiyədə olmasıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın bildirib.
"Terror təşkilatını qorumaq üçün təhlükəsizlik bölgəsi olmayacaq, yola verə bilmərik. Bu bölgədən Türkiyəyə hər hansı bir təhdidin, terror riskinin yenidən yaranmasına heç vaxt izn verməyəcəyik", - Qalın söyləyib.