“Bizim TV kanallar ana dilimizi məhv edir” - Natiq CƏFƏRLİ

Baxış sayı:
910

“Dil söz və müzakirə azadlığı olan yerdə inkişaf edir”

“AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib ki, Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq. Hörmətli qalstuklu müəllimlər, dilin inkişafı, yeni sözlərin dilə gətirilməsi tək qərarla, əmrlə olmur. Dil ancaq söz və müzakirə azadlığı olan yerdə inkişaf edir, zənginləşir”.
Muxalifet.az xəbər verir ki, bu barədə REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib.
 
“Siyasi və iqtisadi azadlıqlar artdıqca, dil də inkişaf edir”
 
Cəfərlinin fikrincə, dilin inkişafındə ən önəmli yeri TV kanallar oynayır, Anadolu türkcəsinin ciddi zənginləşməsi dövrü Türkiyədə özəl TV kanallar yaradılandan, canlı yayımda saatlarla davam edən müzakirə, diskussiya, debat verlişləri TV-lərə ayaq açandan sonra baş verdi. Birjanın inkişafı, iqtisadi liberallaşma yeni iqtisadi terminlərin, siyasi debatlar ingilis və fransızca olan bəzi siyasi deyimlərin türkcəyə daxil edilməsinə səbəb oldu. Yəni, siyasi və iqtisadi azadlıqlar artdıqca, dil də inkişaf etdi, daha zəngin oldu, müasirləşdi”. 

“TV-lərdə canlı yayımlar tam qadağan olunub”
 
N. Cəfərli vurğulayıb ki, bizim TV kanallar ana dilimizi məhv edir, onu bayağılaşdırır, gözdən və nüfuzdan salır: “TV-lərdə canlı yayımlar tam qadağan olunub, debat, diskussiya, müzakirə yox, ədəbiyyatda ya “epotaj” var, ya da könələri söymək, iqtisadiyyat dar və inhisarçı olduğu üçün, birjalar, azad bazar münasibətləri yoxdur deyə “iqdisadi dil” yaranmadı, siyasi səhnə isə o qədər qapalıdır ki, hətta təyin olunmuş deputatlar üçün belə Milli Məclis müzakirə yeri ola bilmədi. 
Bir daha: Dilin zənginliyi birbaşa azadlıqlarla bağlıdır, ancaq akademik, iqtisadi, siyasi azadlıqlar olan məkanda dil inkişaf edə, zənginləşə bilər. 
Anlayın bunu”.
 
Cavid, Muxalifet.az