“Biz əmrləri Boltondan almırıq” – Pentaqon rəsmisi

Baxış sayı:
10423

Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun bu həftə Türkiyə səfəri öncəsi İsraildə dediyi sözlər hələ də gündəmi məşğul edir. Bolton terror təşkilatı YPG-ni nəzərdə tutaraq "ABŞ, Türkiyə kürd tərəfdaşlarımızı hədəf almayacağına dair söz verənə qədər Suriyadan ayrılmayacağıq" demişdi.
 
 Bu proseslərdən sonra ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzetinə açıqlama verən Pentaqon səlahiyyətliləri, çəkilmə məsələsində geri addım atıldığına dair yeni bir göstəriş almadığını bildirərək, "Biz bu istiqamətdə bir əmr almamışıq, çəkilmə üçün hazırlıqlar davam edir" deyib.
Rəsmilərdən biri isə "Heç bir şey dəyişməyib. Biz əmrləri Boltondan almırıq" deyə bildirib.
 
DÖYÜŞ GƏMİLƏRİ GÖNDƏRİLİR
 
 “WSJ”-yə açıqlama verən Amerikalı səlahiyyətlilərçəkilmə prosesinə yardımçı olmaq məqsədilə quru qoşunlarından bir çox əsgərin bölgəyə istiqamətləndirildiyini və USS Kearsarge başda olmaqla, bir qrup döyüş gəmisinin regiona göndərildiyini deyib. USS Kearsarge çox sayda təyyarə, hərbçi və vertolyotu daşıya bilmə imkanına sahibdir.
Müxalifət.az