“Biz istəyirik ki, Ermənistan qatarları Naxçıvan vasitəsilə İrana getsin” - PAŞİNYAN

Baxış sayı:
1433

Ermənistan Naxçıvan vasitəsilə İrana dəmir yolu imkanı əldə edə bilər, amma Türkiyə ilə sərhədlər açılmayacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi açılmayacaq, çünki Türkiyə Qarabağla bağlı üçtərəfli bəyanatın iştirakçısı deyil.

"Amma biz Ermənistandan Naxçıvan vasitəsi ilə İrana dəmir yolunun açılmasını istəyirik. Biz, həmçinin Rusiyaya ikinci yol istəyirik. Bu sənəd sayəsində belə bəndlər həyata keçirilə bilər. Bu, danışıqlar məsələsidir", - Paşinyan bildirib.