“Biz istəyirik ki, atamız ölməsin...” – 3-cü və 4-cü sinif şagirdlərindən BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
658

Göyçay rayonu Çərəkə kəndinin 4-cü sinf şagirdi Abdullazadə Sübhan Pünhan oğlu və 3-cü sinif şagirdi Abdullazadə Fatimə Pünhan qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Heydər Əliyev Fondunun prezidenti, Birinci viste-prezident Mehriban Əliyevaya müraciət edən azyaşlı şikayətçilər xəstə atalarınınn müalicəsi üçün maddi köməklik xahiş edirlər:
“Atamız Abdullayev Pünhan Rəsul oğlu qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi mümkündür. Bu ilin iyun ayında Ukraynada atamızı müayinə və müalicə edən həkim onun tam sağalmasına söz verdi. Bir kurs müalicədən sonra atam müəyyən qədər sağaldı.
Həkim demişdir ki, 6 aydan sonra təkrar gələrsən, növbəti müalicədən sonra tam sağalacaqsan. Buun üçün 25.000 manat pul lazımdır ki, buna bizim ailənin maddi imkanı yoxdur. Həkim deyən vaxt yaxınlaşıb deyə, atamın vəziyyəti günü-gündən pisləşir.
Atamın müalicəsi üçün evimizin bütün əşyalarını satmışıq, banklardan kreditlər götürmüşük. İndi isə çıxılmaz bir vəziyyətdə yaşayırıq. İmkansızlıqdan elə olur ki, quru çörək belə tapa bilmirik. Ancaq yenə də ümüdümizi üzməmişik, ona görə ki, Azərbaycan Respublikasında Mehriban Əliyeva kimi humanist, mərhəmətli və qayğıkeş Birinci xanım var.
Biz inanırıq ki, Mehriban xanım bizim müraciətimizə müsbət cavab verib, atamızın sağalmasına yaxından köməklik göstərəcək. Biz istəyirik ki, atamız sağalsın, ölməsin. O xəstəlikdən ölsə, sanki biz də öləcəyik.
Hörmətli Mehriban xanım!
Sizdən çox-çox xahiş edirik, Sizə yalvarırıq, xəstə atamızın müalicəsinə köməklik göstərəsiniz”.

 


Muxalifet.az
 
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.