​Bizə bombalar yağanda "Patriot"ları söküb apardılar - Çelik

Baxış sayı:
9334

Türkiyə S-400-ü almaq barədə qərarından dönməyəcək. Muxalifet.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib. O, Türkiyənin daha əvvəl "Patriot" almaq istədiyini, lakin bu sistemlərin uyğun şərtlərlə ölkəsinə verilmədiyini bildirib: “Bizim müstəqil dövlət olaraq Suriyadan qaynaqlanan terror hücumları ilə əlaqədar sərhədlərimizi qorumağa ehtiyacımız var. Üstəlik bizim qoruduğumuz bu sərhədlər Avropa Birliyi və NATO sərhədləridir. NATO sərhədlərini qoruduğumuz zaman lazımi yardımı görmədik, bəzi ölkələr göndərdikləri "Patriot"ları söküb geri apardılar. Kilisə raketlər yağan zaman bunun qarşısını almaq üçün bizə hər hansı təklif verən var idimi? S-400 bizim ehtiyacımızı qarşılayacaq bir sistemdir. Razılaşma imzalamışıq, iyul ayında təhvil veriləcək. Bununla bağlı geri addım atılmasından söhbət gedə bilməz”.