Birinci müavinin otağında SEYFİ KƏSMƏK İSTƏDİ - İcra hakimiyyətində oğurluğa cəhd...

Baxış sayı:
10726

Ucar Rayon İcra Hakimiyyətinin binasında icra başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetindən oğurluğa cəhd olub.

“Report”un xəbərinə görə, naməlum şəxs kabinetə daxil olaraq orada olan seyfi kəsməyə cəhd göstərib. Hadisə zamanı İcra Hakimiyyətinin mühafizəçiləri kabinetə daxil olduğundan həmin şəxs qaçmağa nail olub.

Əməliyyat nəticəsində oğurluğa cəhd edən şəxsin Göyçay rayon sakini, 30 yaşlı Kənan İsmayılov olduğu məlum olub. O, saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.