​Biriləri bizi bir-birimizə qırdırmaq istəyir - Ərdoğan

Baxış sayı:
9445

Məzhəb üzərindən bizi bir-birimizə qırdırmaq üçün biriləri şeytani oyunlarını davam etdirmək istəyirlər.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya səfərində Həzrəti Mövlananın 745-ci ildönümü ilə bağlı keçirilən Şəb-i Arus mərasimində bildirib.
"İnsanı insanın canavarı olaraq görən anlayış təəssüf ki, bəşəriyyətin həm bu gününü, həm də gələcəyini təhdid edir. İslam dünyası bu çətin dövrdə Həzrəti Pirin tövsiyələrinə daha çox ehtiyac duyuruq. Mövlananın doktrinasının mahiyyəti əşyaya təslim olmamaq, insanı ucaltmaq, münaqişəni deyil, həmrəyliyi əsas götürməkdir. Onun tövsiyəsinin əsası çoxluqla vəhdətdir, yəni çoxluqda birlik təşkil etməkdir", - Ərdoğan qeyd edib.