Bir neçə sənətçimiz işdən çıxaraq ölkəni TƏRK ETDİ

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışan beş nəfər istefa verib.
Publika.az-a daxil olan məlumata görə, onların əksəriyyəti viyolençel ifaçılarıdır. İşdən çıxan sənətçilər ölkəni tərk edib, Çinə və digər ölkələrə üz tutmağı qərar alıblar.
Məlumatı dəqiqləşdirmək üçün filarmoniya ilə əlaqə saxladıq. Filarmoniyanın işçiləri məlumatı təsdiqləsə də, sənətçilərin hansı səbəblə istefa verdiklərindən xəbərsiz olduqlarını bildirdilər.
Qeyd edək ki, ilkin səbəb olaraq işçilərin maaşının az olması və getdikləri tədbirlərdən yaxşı qonorar almaması göstərilir.