Bir neçə hakim vəzifəsindən azad olundu, bəzilərinin yeri dəyişdirildi - MİLLİ MƏCLİSDƏN QƏRAR

Baxış sayı:
3257

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Muxalifet.az xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsinə baxılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.