Bir müxalifətçi 30 sutka həbs edilib, digərinin yeri məlum deyil

Baxış sayı:
5215

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Natiq Kazımov inzibati qaydada 30 sutka həbs edilib.
 
 Bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib.
Vəkilin dediklərinə görə, AXCP Gənclər Komitəsinin üzvü N.Kazımov İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət maddəsi ilə günahlandırılıb. Onun Abşeron Rayon Polis İdarəsində saxlandığı güman edilir.
Ə.Mustafayev cəbhəçinin saxlanılması ilə bağlı polisdən hər hansı məlumat ala bilməyib. Yalnız Ombudsman Aparatı vasitəsilə öyrənib ki, cəbhəçi 30 sutka həbs edilib.
Ə.Mustafayev polisə çağırılan digər AXCP fəalı Rəşid Fərəclinin saxlandığı yeri öyrənə bilməyib.
AXCP-də ehtimal edirlər ki, N.Kazımov Qobu qəsəbəsinin sakinlərini qaz verilməsində yaranan fasilələrə görə qaz idarəsinin qarşısında dinc aksiya keçirməyə çağırdığına görə həbs olunub.
AXCP-nin məlumatına görə, R.Fərəcli sosial şəbəkələrdə fəallığına görə təqib edilir.