“Bir komitəni qoyub o birinə gedəsi deyiləm ki?” – Siyavuş Novruzov

Milli Məclisin hər bir komitəsinin sədri iclaslarda seçilir. Hələ parlamentin növbəti sessiyası öz işinə başlamayıb, iclas olmaya-olmaya necə sədr seçilə bilərəm?
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra-katibinin müavini Siyavuş Novruzov Milli Məclisin İntizam Komissiyasının sədri seçilməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib.
O, komitə sədri vəzifəsinə seçimin üzv deputatların etimadı ilə reallaşdığını qeyd edib:
“İkinci bir tərəfdən mən İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm, bir komitəni qoyub o biri komitəyə gedəsi deyiləm ki?”
Xatırladaq ki, deputat Siyavuş Novruzov 4-cü çağırış Milli Məclisdə İntizam Komissiyasının sədri olub. Üçüncü çağırış Milli Məclisdə İntizam Komissiyasına YAP-çı deputat Ağacan Abıyev rəhbərlik edib. Hazırda da sədr Ağacan Abıyevdir.