Bir dəqiqədə bir qadını iki dəfə soydu – Video

Baxış sayı:
11221

Buryatiya Rusiyanın təhlükəsiz ərazilərindən sayılsa da, son vaxtlar bu respublikada kriminal hadisələrin sayı artıb. Oğurluq lap çoxalıb.
Muxalifet.az xəbər verir ki, paytaxt Ulan-Udedə yaşlı qadını bir dəqiqə ərzində iki dəfə soyublar. Hadisə kamera görüntülərində də əksini tapıb. Qadına yaşayış binalardan birinin qarşısında axşam saatlarında hücum ediblər. Hücum edənin kişi olduğu görünür. O, əvvəlcə telefonla danışan qadının mobil cihazını əlindən qapır. Müqavimət göstərməyə çalışan qadın yerə yıxılır. Təxminən 7-8 metr uzaqlaşan cinayətkar nə düşünürsə, geri dönür. Bu dəfə qadının çantasını almağa çalışır. Çantanı almaq ciddi müqaviməti dəf etmək bahasına başa gəlir.
56 yaşlı qadının çantasında müəyyən qədər pul varmış. Cinayətkar pulların hamısını xərcləməyə imkan tapmamış ələ keçib. Polis 23 yaşlı oğrunu həbs edib. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.