«Bir daha Rusiyada oxumayacam!» – Nino Katamadze

Baxış sayı:
10504

Gürüstanın caz müğənnisi Nino Katamadze iyunun 22-də Rusiyadakı çıxışını sonuncu adandırıb.

«Demək istəyirəm ki, bu, mənim Rusiyada son konsertim oldu!» – deyə, gürcüstanlı xanım özünün «Feysbuk»unda yazıb.

Aktrisa qeyd edib ki, Tbilisidəki son hadisələr səbəbilə, Moskvada «Usadba Jazz»-da keçirilən festivalda oxumaq onun üçün çox çətin olub. Katamadzenin sözlərinə görə, «o zaman onun ürəyi Gürcüstanda olub».

Bununla bərabər, anti-Rusiya etirazlarının zorla dağıdıldığından az sonra vətənində müğənnini Rusiyada oxumağa razılıq verdiyinə görə qınayıblar.

Bundan əvvəl Gürcüstanda rusiyayönlü siyasətə qarşı çıxışları aktyor Vaxtanq Kikabidze dəstəkləyib. O, 2008-ci ilin avqust hadisələrdən sonra (Cənubi Osetiyadakı müharibə – Red.) Rusiyada çıxış etmir.