Binəqədidə YANĞIN: 15 nəfər təxliyə olunub

Baxış sayı:
2764

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.