Binəqədidə bitişik EVLƏR YANDI

Binəqədidə yanğın olub. 
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi sahəsi 560 kv.m olan, bir-birinə bitişik tikilmiş birmərtəbəli evlərin yanar konstruksiyaları 120 kv.m sahədə, yaxınlıqda olan ümumi sahəsi 24 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyü 10 kv.m sahədə və evlərin üstündən keçən 50 p.m elektrik kabeli yanıb. 
Tikililərin və elektrik kabelinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.