​Bİnəqədidə BƏDBƏXT HADİSƏ: Su çəninin altında qalaraq öldü

Baxış sayı:
1348

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Muxalifət.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Fərhadov Sabir Allahverdi oğlu Novxanı qəsəbəsində əmisinə məxsus fərdi yaşayış evində işləyərkən ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb.
O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib./report/