​Bingöldəki atışmada PKK-nın separatçı rəhbəri də zərərsizləşdirildi - FOTO

Baxış sayı:
2394

Qondarma “komandanlıq şurası”nın üzvü imiş

Muxalifət.az xəbər verir ki, Türkiyənin Bingöl vilayətinin Akdağ bölgəsində, 2017-ci ilin 19-21 dekabr tarixlərində keçirilən əməliyyatda ölmüş vəziyyətdə ələ keçirilən 5 terrorçu arasında PKK-nın silahlı qanadı HPG-nin qondarma “komandanlıq şurası”nın üzvü, “Alişer Xelikan” kod adlı Mehmet Korkmazın da olduğu bildirilib.
Konyada qeydiyyatda olan Korkmazın 22 ilə yaxın müddət ərzində dağda olduğu bildirilir.
PKK terror təşkilatına yaxın olan saytlar həmin 5 terrorçunun kimliyi barəsində açıqlama yayıb, onların “Alişer Xelikan” kod adlı Mehmet Korkmaz, “Simko Çevlik” kod adlı Ahmet Fırat Doğan, “Rubar Lice” kod adlı Sinan Yüksel, “Demhat Darahine” kod adlı Bayram Zoroğlan və “Hakkı Çermik” kod adlı Yusuf Kalkılıç olduğu barəsində məlumat verib.