Binalı İldırımdan Erməni nümayəndəyə təpki

Baxış sayı:
3742

TBMM sədri Binalı Yıldırım, Ermənistan Məclis sədrinin müavini Eduard Şarmazanovun 1915 hadisələri ilə bağlı sözlərini sərt dillə tənqid edərək, "Ermənistan, Türkiyə ilə əlaqələrini həqiqətən düzəltmək istəyirsə, bu absurd soyqırım iddialarına son qoymalı, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır" - deyib.
 
 Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində, keçirilən Avrasiya Məclis başçılarının üçüncü İclasında birgə bəyanatın oxunması zamanı gərginlik yaşanıb. Ermənistanın iclasdakı nümayəndəsi məclis sədrinin müavini Eduard Şarmazanovun mətbuata qapalı iclasda 1915-ci il hadisələri və Dağlıq Qarabağ regionuna yönəlik bəyanatlar verdiyi bildirilib. Sonra mətbuata açıq keçirilən iclasda birgə bəyanatın oxunması zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Binalı Yıldırım, Ermənistan nümayəndəsi Şarmazanovu sərt sözlərlə tənqid edib.
 
ERMƏNİSTAN ÖZÜNÜ TƏCRİD EDİR
 
Ermənistanın elədikləri ilə öz özünü təcrid etdiyini bildirən Yıldırım, "Ermənistan sülh siyasəti yürütdüyü halda qonşuları ilə münasibətlərini normallaşdırmağa nail ola, Cənubi Qafqaz regionunun sülh, sabitlik və rifahına töhfə verəcəkdir. Müharibə və zorakılığın sona çatdığı təqdirdə, qaçqın, köçkün kimi məsələlərin mühüm bir qismi ortadan qalxmış olacaqdır" deyə söyləyib.
 
AZƏRBAYCANDAN TÜRKİYƏYƏ DƏSTƏK
 
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da Ermənistanın daim Türkiyəni ittiham etdiyini söyləyib. 26 il əvvəl Ermənistanın Xocalıda qətliam törətdiyini bildirən Əsədov, "BMT bu qətliamı tanıyıb. Ermənistan həqiqi olmayan iddialarla çıxış edir" deyib.
Ermənistan nümayəndəsi mətbuata açıq olan birgə bəyanat iclasına qatılmayıb.
 Müxalifət.az