Bin Ladeni öldürməkdən peşman olan ABŞ əsgərindən açıqlama

Baxış sayı:
4534

2011-in may ayında Pakistanda keçirilən əməliyyatda Əl-Qaidə liderini öldürən ABŞ-ın xüsusi hərbi qrupundan olan ONEİLL, radikal ideologiyalarla döyüşməyin yolunun, bir zorakılıqdan çox təhsil yolu ilə olması lazım olduğuna inandığını deyib.
 
BİN LADENİN OĞLU, ATASININ CƏSƏDİNİ GÖRDÜ
 
Nyu-York və Vaşinqtonda keçirilən 11 sentyabr hücumlarının 17-cu ildönümündə ITV kanalında yayımlanan “Xoş Gördük İngiltərə” adlı proqrama qoşularaq açıqlama verən 42 yaşlı təqaüdçü zabit, əməliyyat zamanı Bin Ladenin iki yaşlı oğlunu, atasının cəsədinin yanında görəndən sonra bunun fərqinə vardığını deyib.
 
“MƏN DƏ ATAYAM".
 
ONEİLL, "Mən də atayam və bu zavallı uşağın bununla heç bir əlaqəsi olmadığını düşünürəm. Bununla hər şeyin bitmədiyini fərq etdim və kimsənin belə şeylər yaşamayacağına ümid edirəm. Bu müharibə güllə və bombalarla deyil, təhsillə qazanıla bilər. Ortada təhlükəsizliyimizi zəiflədən bir ideologiya var" deyə, söyləyib.
Bin Ladeni öldürməyin həyatında gördüyü ən yaxşı, yoxsa ən pis şey olduğundan hələ əmin olmadığını bildirən ONEİLL, "Oğlum və mən nə ediriksə, eyni şeyləri etməyə davam edəcəyik. Ev, itlərimiz, silahlarımız, etibarlı bir sahəmiz var. Bu şəkildə yaşamaqdan xəcalət çəkirik. Bundan qorxmuruq, sadəcə bilmək istəyirik" deyib.
ONEİLL, Bin Ladenin ölümü ilə nəticələnən əməliyyata qatılan keçmiş həmkarlarından bəzilərinin ABŞ Donanmasından təqaüdə çıxıb, yazar kimi çalışmağa başladıqlarını və motivasiya çıxışları etdiklərini iddia edib.
Müxalifət.az