Biləsuvarda yol qəzası olub, ölən var
14-05-2019 11:53
Baxış sayı:
4741
Biləsuvarda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mitsubishi” minik avtomobilinin anidən idarəetməni itirməsi nəticəsində maşın aşıb. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü, Sumqayıt şəhər sakini,1972-cü il təvəllüdlü Cəfərov Elman Fəxrəddin oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.