Biləsuvarda ağır yol qəzası: 4 nəfər ölüb - YENİLƏNİB

Biləsuvarda ağır yol qəzası nəticəsində ölən 4 nəfərdən ikisinin adı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, bunlar Qasımov Samir Əzizulla oğlu və Nağıyev Çingiz Xudaverdi oğludur.

Onların hər ikisi Lənkəran sakinidir.

*** 08:52

Hazırda bir qadın yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib
 
Biləsuvarda ağır yol qəzası nəticəsində 4 nəfər ölüb.
Qəza minik və yük maşınlarının toqquşması nəticəsində baş verib.
*** 07:58

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində yaralıların olduğu bildirilir.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hazırda bir qadın yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Digər yaralılar da xəstəxanaya çatdırılır.
Hadisənin təfərrüatları və yaralıların adları dəqiqləşdirilir.