​Biləsuvarda 9-cu sinif şagirdi İNTİHAR ETDİ – Asəf Həsənov özünü tut ağacından asıb

Baxış sayı:
7195

Bu gecə Biləsuvar rayonunun Çinarlı kəndində məktəbli oğlan özünü asıb. Muxalifet.az mərhumun yaxınlarına istinadən xəbər verir ki, 9-cu sinif şagirdi Asəf Xeyrulla oğlu Həsənovun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Valideynləri səhər saatlarında onun meyitini həyətdəki tut ağacından asılmış vəziyyətdə tapıblar. Hazırda Asəf Həsənovun meyiti ekspertizadadır, onun ölüm səbəbi araşdırılır. Muxalifet.az