​"Bilmirsən ki, gecə hansı klubda olub" - Tolik meyxanaçı Aqşin Fatehi qınadı

Baxış sayı:
9831

Meyxanaçı Aqşin Fateh "Hər şey daxil" verilişində Azərbaycanda keçirilən model yarışmalarını sərt tənqid edib. 
Muxalifet.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, meyxanaçı belə müsabiqələrda saxtakarlığa yol verildiyini bildirib:
"Dünyada ən gözəl xanımlar Azərbaycan qadınlarıdır. Söhbət təkcə üz cizgilərindən getmir. Bizim millətin xanımları bütün xanımlardan seçilir. Hər halda, mənim baxışım belədir. Amma Azərbaycanda saxta yollarla - pulla, daydayla modellər seçilir. Baxın, Türkiyədə son illərdə yetişən aktyorların, aktrisaların əksəriyyəti modellərdir. Müsabiqə qaliblərini agentliklər götürürlər, Amerikaya təhsil almağa göndərirlər. Və həmin aktyorlar, aktrisalar Türkiyəyə qayıdanda tam hazır olurlar. Ona görə də serialları bütün dünyada izlənilir. Özümüzün reklam, klip işləri ilə məşğul olan şirkətimiz var. İstəyirik ki, yemi simalar tapaq. Görürsən ki, nə model incəliyi var, nə də əxlaqı. Modelin də qadın incəliyi olar da. Danışanda bilmirsən ki, gecə hansı klubdan çıxıb gəlib. Hər bir Azərbaycan xanımı mənimkidir də".
A.Fatehin bu sözləri verilişin aparıcısı Tolik tərəfindən narazılıqla qarşılanıb: 
"İnsanların sərbəstliyini əlindən almaq olmaz. Biz İranda yaşamırıq ki, çadraya bürünüb gəzək. Bu məsələdə səninlə razı deyiləm. Sən hamıya cavabdeh ola bilməzsən. On iki il əvvəl niyə bunları demirdin?"
Meyxanaçı aparıcının iradına belə cavab verib:
"On iki il əvvəl də demişik. Bizim köhnə meyxanalarımızı dinləyin. "Vəfasız", "Get, səni tapşırıram Allaha" meyxanalarında sevgidə xəyanət olmaz demişik".