"Biabırçıdılar, onların sırasında olmaq istəmərəm" - Günaydan QALMAQALLI SÖZLƏR

Baxış sayı:
4894

"Çox pis hadisələr yaşadım. Ona görə də prodüserlərlə çalışmıram. İndi gözüaçığam. Əvvəlki Günay deyiləm daha. İşlə bağlı başqa cür olmuşam. Müğənninin yanında onu çox isttəyən olmalıdır".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli "Hər şey daxil" verilişində deyib. Sənətçi artıq prodüserlə çalışmadığını söyləyib.
Günay trenddə olan mahnıları tənqid edib. Müğənni qalmaqallı açıqlama verərək, onları biabırçılıq adlandırıb:
"Trendə düşməyi heç istəmirəm. Orada olan müğənnilər sırasında olmaqdansa, sənəti ataram. Özümü onların sırasında görmürəm. Savadlı musiqi deyil bunlar. Onu musiqi adlandırmıram. Biabırçılıqdır onlar. Bir günə mahnıları 10-20 milyon olurlar. Heç onları getdiyim toyda görmürəm".
Qeyd edək ki, hazırda mahnıları trenddə olanlar arasında Şəbnəm Tovuzlu, Damla, Rəsul və Xana, Zenfira İbrahimova yer alır.