BEYNƏLXALQ BANK ÖZƏLLƏŞDİRİLİR – “Hökumət mühüm addımlar atıb”

Baxış sayı:
3457

“Hökumət Beynəlxalq Bankın özəlləşdirilməyə hazırlığı üçün mühüm addımlar atıb”
Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) “Dayanıqlı İnkişaf. Keçid Hesabatı 2017-18″ adlı hesabatını açıqlayıb.
Bankın Azərbaycan nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, EBRD-nin baş iqtisadçısı Sergey Quriyev tərəfindən hazırlanan hesabat maliyyə təşkilatının sərmayə yatırdığı inkişaf etməkdə olan ölkələri əhatə edib.
Müəllif deyir ki, regionda iqtisadi islahat meylləri nəzərə çarpmaqdadır.
Azərbaycandakı iqtisadi islahatlara toxunan EBRD bildirir ki, özəlləşdirilməyə hazırlıq məqsədilə ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası ilə əlaqədar hökumət mühüm addımlar atıb.