​Beyninə qan sızan Ağakərimdən XƏBƏR VAR: Günü-gündən daha da...

Baxış sayı:
10872

Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var. Milli.az-a açıqlama verən meyxanaçının yeni ailə həyatı quran yeganə oğlu Kamil, atasının vəziyyətinin qənaətbəxş olduğunu bildirib. O, atası Ağakərimin​ tam sağalacağı müddəti də açıqlayıb: "Hal-hazırda vəziyyəti yaxşıdır. Günü-gündən daha da düzəlir. Müalicəsi davam edir. Bu xəstəlik belə xəstəlikdir ki, yəni, tam sağalmağı 5-6 il çəkir. Bu xəstəliyə zaman lazımdır. Həkimlər də həmin sözü deyirlər. Vaxtlı-vaxtında dərmanını içəndə, pəhriz saxlayanda düzəliş olur". Qeyd edək ki, Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb.