​Beyləqanın icra başçısı işdən çıxarıldı

Baxış sayı:
11611

Prezident İlham Əliyev Beyləqan rayinunun icra başçısı Vaqif Abdullayevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu gün imzalanan sərəncamda bildirilib:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
Xatırladaq ki, Vaqif Abdullayev 1992-1994-cü illərdə Prezidenti Aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Prezidentin İşlər İdarəsində məsləhətçi vəzifəsində işləyib.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür./Modern/