Beştəpədə tarixi zirvə! 3 ÖLKƏDƏN BİRGƏ AÇIQLAMA

Baxış sayı:
4699

Ankarada Suriya ilə bağlı keçirilən liderlər zirvəsində, Türkiyə, Rusiya və İranın Suriyanın ərazi bütövlüyünün qorunması üçün "terrorla mübarizə pərdəsi altında meydançada yeni reallıqlar yaradılmasına dair" hər cür təşəbbüsü rədd etdiyi vurğulanıb.
 
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Ankarada həyata keçirdiyi Suriya ilə bağlı sammitdən sonra birgə bəyanat dərc olunub.
Açıqlamada, üç liderin 22 noyabr 2017-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən ilk sammitdən sonra Suriyada baş verən prosesləri dəyərləndirdiyi bildirilib.
Liderlərin həmçinin, üç ölkənin təşəbbüsü ilə 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanada başlanılan prosesin Suriyadakı böhranın həllinə müsbət töhfə verməsinə məmnuniyyət duyulduğu qeyd edilib.
Birgə açıqlamada, Suriya daxilində zorakılığın azaldılmasına yardımçı olmaq və Suriya münaqişəsinə daimi siyasi həlli təmin etmək, Cenevrə prosesinə təkan vermək, Suriyada sülh və sabitliyə töhfə vermək baxımından yeganə təsirli beynəlxalq təşəbbüsün Astana formatı olduğu vurğulanıb.
Ankara sammitində liderlərin, toqquşan tərəflər arasında uzunmüddətli atəşkəs əldə olunması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı ilə nəzərdə tutulan siyasi prosesdə irəliləyiş qeyd edilməsi məqsədilə apardıqları fəal əməkdaşlığın davam etdirməkdə qətiyyətini təsdiq etdikləri vurğulanıb.
Üç liderin açıqlamasında Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə, ərazi bütövlüyünə və müəyyən bir fraksiya əsasında olmayan quruluşuna bağlı olunduğu da təkrarlanıb.
Müxalifət.az