​BDU-ya yeni rektor kim təyin olunub? - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
4942

Bakı Dövlət Universitetinin mətbuat xidməti sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə məlumatlara münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, universitetdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu təhsil müəssisəsinə rektor təyin edilməsi barədə yayılan məlumatlar düzgün deyil.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, BDU-nun rektoru vəzifəsinin icrasını universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva həyata keçirir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov noyabrın 15-də vəzifəsindən azad edilib.