​Bayramda təcili yardıma müraciətlər artdı

Baxış sayı:
7645

Bayram günlərində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərdə adi günlərlə müqayisədə 200-300 artım müşahidə olunub. Müraciətlərin atması həm də həmin günlərdə poliklinika və digər tibb müəssisələrinin işləməməsi ilə əlaqədar olub. Bu barədə azərtac-a stansiyanın baş həkiminin müavini İradə Əliyeva məlumat verib. Onun sözlərinə görə, həmin günlərdə qida zəhərlənməsi və pirotexniki vasitələrdən xəsarətalma faktı qeydə alınmayıb. Müraciətlər daha çox xroniki xəstələr, uşaqlar və yaşlılarla əlaqədar olub. Bayram günlərində 21 xarici vətəndaşa da ilkin tibbi yardım göstərilib və həmin müraciətlərdə kəskin respirator xəstəliklər, hərarət və arterial təzyiqlə bağlı şikayətlər çoxluq təşkil edib.