Bayram namazının çıxışında qətliam - 2 ÖLÜ, 12 YARALI VAR...

Baxış sayı:
11143

Əfqanıstanın şimalındakı Bağlan vilayətinin Nahreyin mahalında bayram namazının çıxışında məscid qapısında təşkil edilən bombalı hücumda 2 adamın öldüyü bildirilib.
 
Bağlan Təhlükəsizlik Xidmətinin sözçüsü Əhməd Cavid Beşarat etdiyi açıqlamada, motosikletə yerləşdirilən bombanın mahal mərkəzindəki bir məscidin qapısında bayram namazı çıxışında partladıldığını ifadə edib.
Hücumda 2 adamın həyatını itirdiyini ifadə edən Beşarat, 12 adamın da yaralandığını söyləyib.
Hücumu hələlik üzərinə götürən olmayıb.
Müxalifət.az