​Baxçalıdan ABŞ-a ŞOK sözlər: Onların məhvi haqqımızdır

Baxış sayı:
160

ABŞ-ın YPG-ni müdafiə edib, PKK-nı hədəf seçməsi yeni bir hiylədir. ABŞ-la YPG arasında İraq və Suriyanın bölüşdürülməsinə dair dərin bir anlaşma vardır. Bu, bütün tərəfləri ilə meydandadır. 12 milyon dollar dəyər verilən bu canilərin bizim üçün qara qəpik qədər qiyməti yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın PKK liderlərinin başına pul qoymasına münasibət bildirən MHP sədri Dövlət Baxçalı deyib.
“ABŞ bölgəmizdə qarışqanı belə izlədiyi halda guya 3 PKK-çının yerini bilmir? YPG-ni qoruyub, PKK-nı ifşa etməklə millətimizi aldadacağını zənn etməsin. PKK elə YPG deməkdir. PKK-nın ipi Qəndilin əlindədir. YPG də, PKK da terror təşkilatıdır. Türkiyəyə silah çevirən nə qədər təşkilat varsa, hamısı düşməndir, məhv edilməsi haqqımızdır”, - Baxçalı bildirib.