Batumiyə gedən mikroavtobus qəzaya düşdü - Ölən və yaralananlar var

Baxış sayı:
3010

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Xulo qəsəbəsində Batumiyə gedən sərnişin mikroavtobusu qəzaya düşüb. “Report” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın başvermə səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.