Başına 300 min qoyulmuş qadın terrorçu təslim oldu - Foto

Baxış sayı:
5866

27 iyulda Türkiyə Daxili İşlər Nazirliyinin Bitlis vilayətinin Tatvan rayonunda həyata keçirdiyi əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində yaralanan “Rojen Diren” kod adlı Selma Oğuz isə təslim olub.

Qeyd olunur ki, Selma Oğuzun başına 300 min lirə miqdarında mükafat qoyulubmuş.