Baş redaktora qarşı ittiham dəyişdi - "Dövlət əleyhinə yönələn açıq çağırışlar..."

Baxış sayı:
6535

Criminal.az saytının baş redaktoru Anar Məmmədov bu gün Bakı Şəhər Prokurorluğuna çağırılıb.
"Turan" xəbər verir ki, ona qarşı irəli sürülmüş ittihamın məzmunu dəyişdirilib. Yəni, ittiham maddələri eyni qalıb, "qrup halında cinayət" ifadəsi ittihamdan çıxarılıb.

Xatırladaq ki, iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminal.az", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət etmişdi.

Noyabrın 30-da A.Məmmədov müttəhim statusuna keçirilib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyliyə də analoji ittihamlar irəli sürülüb.