Baş Qərargah rəisi minaya düşdü

Baxış sayı:
3252

Yəmənin Baş Qərargah rəisi Taher Ukaylinin olduğu avtomobil minaya düşüb.
Bu barədə RİA məlumat yayıb. Hadisə Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Cauf əyalətinin Habb əş-Şəəf rayonunda baş verib.
Qolundan yaralanan Ukayli xəstəxanaya çatdırılıb.
Avtomobildə onunla birgə olan Cauf əyalətinin qubernatoru Amin Ukaymi də partlayış nəticəsində sağ qalıb.