Baş Prokurorluğun mətbuat xidmətinə YENİ PROKUROR təyin edildi

Baxış sayı:
7303

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub. Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib. Ə.Əzizlinin vəzifəsinin icrasına başlaması barədə məlumat Baş Prokurorluğun saytında da yerləşdirilib. Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə rayon Prokurorluğunun müstəntiqi, daha əvvəl isə Gəncə şəhər Prokurorluğun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur./apa/