​Baş prokuror Türkiyəni tərk etdi: müəmmalı qara çantalar...

Baxış sayı:
5773

Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muacib Türkiyəni İstanbulun Atatürk hava limanından özəl təyyarə ilə tərk edib.
Muxalifet.az xəbər verir ki, baş prokurordan öncə hava limanına Səudiyyə Ərəbistanının Baş Konsulluğuna aid avtomobil gəlib. Avtomobildən 1-dən 5-ə qədər nömrələnmiş qara rəngdə çantalar götürülərək təhlükəsizlik cihazından keçirilib. Daha sonra rəsmilər tərəfindən içəri ötürülüb. Bundan başqa, şəxsi əşyaların olduğu çantalarda isə quru meyvə qutularının olması diqqət çəkib.
Qeyd edək ki, Səud əl-Muacib istintaqla bağlı məlumat almaq və fikir mübadiləsi üçün İstanbulun Baş prokuroru İrfan Fidanla görüşüb.